Mourinyo: Mən artıq "mavi" deyiləm
Bizi izləyin

İdman

Mourinyo: Mən artıq "mavi" deyiləm

"Benfika"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 2-ci turunda "Çelsi"yə qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib.

Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis sabiq komandası ilə dueldə qələbəyə ümid etdiyini bildirib:

"Mən artıq "mavi" deyiləm. İndi mən "qırmızı"yam və qalib gəlmək istəyirəm. Əlbəttə, mən həmişə "mavi" qalacağam. Çünki bu klubun tarixinin bir hissəsiyəm, "Çelsi" də mənim tariximin bir hissəsidir. Mən bu klubun böyüməsinə kömək etdim, "Çelsi" də mənim böyüməyimə kömək etdi. Mən "mavi" olmadığımı deyəndə, burada görəcəyim işləri nəzərdə tuturam".

Qeyd edək ki, "Çelsi" - "Benfika" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm