Buna deyərlər buynuzun gicişməsi: Kolbasa sexinə gələn qoç görün nə etdi - VİDEO
Bizi izləyin

Hadisə

Buna deyərlər buynuzun gicişməsi: Kolbasa sexinə gələn qoç görün nə etdi - VİDEO

Başqırdıstanda Krasnaya Qorka kəndində bir qoç şüşəbənddən ibarət kolbasa sexini dağıdıb. Heyvanın bu hərəkəti gizli kameralar tərəfindən qeydə alınıb.

Publika.az xəbər verir ki, video görüntülər "Baza" "Telegram" kanalında yayımlanıb.

Görüntülərdə qoçun həm də kafe kimi xidmət göstərən müəssisənin şüşələrini buynuzlayıb sındırması əks olunub. Bir neçə zərbədən sonra heyvan sexin içərisinə girir.

Bildirilir ki, qoç bir müddət sonra oradan qaçıb. Məlumata görə, qoyunun sahibləri onu axtarmağa başlayıblar.

Qoçun belə bir hərəkəti etməsinə mağazanın şüşə hissəsində şəklinin əks olunması da səbəb ola bilər. Belə ki, qoç şüşədəki əksini başqa qoç bilib və onunla "dalaşmaq" istəyib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm