Bu ölkənin hərbi təlim təyyarəsi qəzaya uğradı: Ölənlər var
Bizi izləyin

Dünya

Bu ölkənin hərbi təlim təyyarəsi qəzaya uğradı: Ölənlər var

İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “T-260B” təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “ANSA” xəbər agentliyi məlumat yayıb.

İtaliyanın baş naziri Gorciya Meloni bədbəxt hadisə ilə bağlı “X” hesabında paylaşım edib.

"Baş vermiş qəzaya görə həlak olanların ailələrinə, İtaliya Hərbi Hava Qüvvələrinə və bütün Müdafiə Nazirliyinə dərin hüznlə başsağlığı verirəm”, - deyə o qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm