Bir neçə federasiya UEFA-ya müraciət etdi: İsrailə görə
Bizi izləyin

İdman

Bir neçə federasiya UEFA-ya müraciət etdi: İsrailə görə

UEFA bir neçə milli futbol federasiyasından İsrail yığmasının və klublarının beynəlxalq turnirlərdən uzaqlaşdırılması ilə bağlı çağırışlar alıb.

Publika.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Bildirilir ki, federasiyalar təcili tədbirlərin görülməsinə ümid edirlər. Onların arasında İspaniya, Türkiyə və Norveç federasiyaları da var.

Sentyabrın 30-da ABŞ prezidentinin Qəzza sektorundakı münaqişənin həlli ilə bağlı təkliflərindən sonra UEFA israilli komandaların uzaqlaşdırılması barədə səsverməni dayandırıb.

“The Guardian” yazıb ki, bu həftə UEFA İcraiyyə Komitəsində səsvermə keçirilməlidir. Onun nəticəsində İsrailin kişi və qadın yığmaları 2025/26 Millətlər Liqasından, Təl-Əvivin “Makkabi” klubu isə Avropa Liqasından kənarlaşdırıla bilər. Bununla belə, FİFA ilə əməkdaşlıq çərçivəsində təşkil edilən turnirlərdə israilli komandalar iştirakını davam etdirəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm