İdman
Azərbaycan və Özbəkistan birgə U-20-lərin dünya çempionatına ev sahibliyi edəcək
.jpg?v1759419072)
Oktyabrın 2-də FİFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, toplantıda verilən qərara əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
"Bu tarixi nailiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidir.
Yüksək inam və etimada görə FİFA İcraiyyə Komitəsinin üzvlərinə, xüsusən də, qurumun prezidenti cənab Canni İnfantinoya minnətdarlığımızı bildiririk", - deyə qurumun açıqlamasında bildirilib.
Qeyd edək ki, 1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-cisinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər. Bununla futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.
İndiyə qədər Argentina 6, Braziliya 5 dəfə dünya çempionu olub. Portuqaliya və Serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa, Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna hərəyə 1 dəfə kuboku qazanıblar.
Avropanın nəhəng klubları kifayət qədər böyük nüfuza malik olan U-20-lərin dünya çempionatlarından saysız-hesabsız istedadlı futbolçular kəşf ediblər. Hazırda Çilidə keçirilən 24-cü dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ildə Argentinada təşkil olunan son turnirin qalibi isə Uruqvay yığması olub.
Heybət
-
İdman19:12
İdman tariximizdə ilk - Qeydiyyata az qaldı / FOTO
-
Nəqliyyat19:00
Vüsal Aslanov rəisi işdən çıxardı - "Bakı Metropoliteni" təkzib etmişdi
-
İdman18:39
“Qarabağ”ın oyununa görə “Gənclik”də REKORD QIRILDI
-
İdman17:59
Azərbaycan və Özbəkistan birgə U-20-lərin dünya çempionatına ev sahibliyi edəcək
-
Rəsmi xronika17:51
İlham Əliyev Zelenski ilə görüşdü - FOTO
-
Magazin116:46
Cabir İmanovun səs yazısı yayıldı
-
Cənubi Qafqaz16:02
Qarabağın işğalında iştirak edənlər medallarını qaytarır - VİDEO
-
Nida Xəbər 15:24
Azərbaycanla sülh: Ermənistan parlamenti layihəni qəbul etdi