Mbappe həftənin oyunçusu seçildi
Bizi izləyin

İdman

Mbappe həftənin oyunçusu seçildi

"Real Madrid"in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Publika.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytında məlumat verilib.

Hücumçu Qazaxıstanın "Kayrat" klubu ilə səfərdə 5:0 hesabı ilə başa çatan matçda het-trik edib. Mbappe matçın 25, 52 və 74-cü dəqiqələrində fərqlənib. Fransalı fərdi mükafat üçün səsvermədə “Mançester Siti”dən Erlinq Haalandı, “Bodo-Qlimt”dən Yens Petter Hauge və “Napoli”dən Rasmus Höjlundu qabaqlayıb.

Mbappe bu mövsüm "Real Madridin" heyətində bütün turnirlərdə 9 oyun keçirib, 13 qol vurub və 1 məhsuldar ötürmə edib. Fransalı hücumçu 5 qolla Çempionlar Liqasının qolçular cədvəlinə başçılıq edir.

Bavariya”dan Harri Keyn və Maykl Olişeh, həmçinin Frankfurt “Ayntraxt”ından Conatan Burkardt hərəyə 4 qolla ikinci pillədə qərarlaşıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm