Avropa
Zülmət iki ölkənin qapısını KƏSDİRƏ BİLƏR - Müzakirələr başladı
Finlandiya və İsveç hakimiyyət orqanları mümkün elektrik kəsintilərinə (bləkautlara) qarşı tədbirləri nəzərdən keçirirlər.
Publika.az xəbər verir ki, bu barədə “Iltalehti” nəşri ölkələrin aparıcı enerji şirkətlərinin nümayəndələrinə istinadən yazıb.
Bildirilib ki, bu qərar 2025-ci ilin yazında Pireney yarımadasında baş vermiş genişmiqyaslı enerji sisteminin nasazlığından sonra qəbul edilib.
“Biz ölkənin əhəmiyyətli bir hissəsinin qaranlığa qərq ola biləcəyi vəziyyətə hazır olmalıyıq,” — deyə Finlandiyanın elektrik şəbəkəsi operatoru olan "Fingrid" şirkətinin baş direktoru Asta Sihvonen-Punkka bildirib.
Onun sözlərinə görə, elektrik kəsintisi hava şəraiti və ya insan səhvi səbəbindən baş verə bilər. Bu səbəbdən qonşu ölkələr arasında əməkdaşlıq və informasiya mübadiləsi yollarının qurulması vacibdir.
Eyni zamanda, İsveçin enerji ötürmə sistemi operatoru olan Svenska Kraftnät şirkətinin əməliyyatlar üzrə strateji meneceri Erik Ek qeyd edib ki, ölkələri bləkautdan tam qorumaq mümkün deyil. Lakin o əlavə edib ki, İsveçdə bu cür hallara qarşı tədbirlər planı hazırlanır.
Aprelin 28-də İspaniya, Portuqaliya və Pireney yarımadası ilə sərhəd olan Fransa bölgələrində qəfil və genişmiqyaslı elektrik kəsintisi baş verib. Hadisənin səbəbləri arasında texnoloji nasazlıqdan tutmuş kibertəhlükəyə qədər müxtəlif versiyalar nəzərdən keçirilib. Şəhərlərdə işıqforlar, metro, hava limanları işləmirdi, dəmir yolu və avtomobil tunellərində hərəkət dayandırılıb. Demək olar ki, bütün banklar, kafelər və mağazalar bağlanmışdı, evlərdə işıq yox idi, mobil rabitədə fasilələr müşahidə olunub.
Sonradan Portuqaliyanın enerji operatoru Redes Energéticas Nacionais bildirib ki, elektrik şəbəkəsindəki nasazlıqlar “nadir atmosfer hadisəsi” səbəbindən baş verib. Mütəxəssislərin sözlərinə görə, İspaniyada temperaturun kəskin dəyişməsi yüksək gərginlikli elektrik xətlərində “anomal güc dalğalanmalarına” səbəb olub.
Hüseyn İbadlı
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman14 Avqust 19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə14 Avqust 18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu





















.jpg)

.jpg)












