Gecənin qəhrəmanına çevrilən türk: Necə etdiyimi özüm də bilmirəm - VİDEO
Bizi izləyin

İdman

Gecənin qəhrəmanına çevrilən türk: Necə etdiyimi özüm də bilmirəm - VİDEO

"Lill"in qapıçısı Berke Özer "Roma" üzərindəki Avropa Liqası qələbəsindən sonra emosiyalarını bölüşüb.

Publika.az xəbər verir ki, ardıcıl üç penalti zərbəsini qaytararaq Fransa klubunun qəhrəmanına çevrilən türk qapıçı bu sözləri deyib:

"Əgər dördüncü penalti olsaydı, onu da saxlayardım. Amma mənim üçün əsas olan üç xalı qazanmaqdır, yoxsa üç penalti qaytarmaq deyil. Bu, dəli bir axşam idi.

Oyun öncəsi sevgilimə qol buraxmayacağıma söz vermişdim. O dedi ki, çoxdan "quru oyun" keçirməmisən. Belə çətin olacağını düşünmürdüm, amma nəticədə bunu bacardım. Açığı, bunu necə etdiyimi özüm də bilmirəm".

Qeyd edək ki, hakimin qərarı ilə 11 metrlik zərbə iki dəfə təkrar vurulub. Özer ilk iki halda Dovbikin, daha sonra isə Matis Sulelenin zərbələrini dəf edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm