Sosial
Bakıda limon satan kişinin hesabında 1 milyon manat var - Video

Bakıda 50 qəpiyə limon satan kişinin hesabına 1 milyon manata yaxın vəsait köçürülüb.
Publika.az xəbər verir ki, sözügedən iddia ilə Yevlax sakini, 61 yaşlı Zahid Hüseynov çıxış edib.
Onun sözlərinə görə, bir neçə ay əvvəl ona Daşkəsən rayon polis şöbəsindən məlumat verilib ki, yaşlı qadının bank kartından kiberdələduzluq yolu ilə pul mənimsəyib.
Z. Hüseynov deyib ki, bu hadisədən sonra ciddi narahat olub və bütün banklara gedərək adına hesab açılıb-açılmadığını dəqiqləşdirib.
Amma belə bir hesabın və 1 milyon manatın olmasını heç bir bank təsdiq etməyib. Qeyd olunub ki, həmin hesab elektron pul kisəsi vasitəsilə yaradılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşın müraciəti əsasında ərazi polis orqanında araşdırma aparılır.
Daha ətraflı “Xəzər Xəbər”in süjetində:
-
Sosial00:05
Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
-
Hadisə3 Oktyabr 23:43
Bakıda ağır qəza: 3 nəfər xəsarət aldı
-
Dünya3 Oktyabr 21:19
İsrail "Sumud" flotiliyasının bütün gəmilərini ələ keçirdi
-
Hadisə3 Oktyabr 20:10
TƏBİB-dən Oqtay Şirəliyevin vəfatı ilə bağlı AÇIQLAMA
-
ABŞ3 Oktyabr 19:20
Cəhənnəmlə üzləşəcəklər... - Tramp HƏMAS-a 2 gün möhlət verdi
-
Hadisə3 Oktyabr 19:10
Oqtay Şirəliyev vəfat etdi
-
Nəqliyyat3 Oktyabr 18:30
Bakıda 21 yolda tıxac yarandı - SİYAHI
-
İdman3 Oktyabr 16:58
Parisdə bətnində, Xankəndidə yanında: Bütün dünyanın danışdığı Yaylagül yenə gündəmdə - FOTOLAR