Bir həftə əvvəl bələdiyyə sədri seçilmişdi, bu gün isə bıçaqlandı - FOTO
Bizi izləyin

Dünya

Bir həftə əvvəl bələdiyyə sədri seçilmişdi, bu gün isə bıçaqlandı - FOTO

Almaniyanın Herdecke şəhərinin yeni seçilmiş bələdiyyə sədri İris Stalzer evində bıçaqlanmış halda tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, Stalzer qarnından və kürəyindən çoxsaylı bıçaq xəsarətləri alıb. Hazırda onun vəziyyəti ağırdır.

Hadisədən sonra polis ərazidə genişmiqyaslı əməliyyatlara başlayıb.

Qeyd edək ki, Sosial Demokrat Partiyasının (SPD) üzvü İris Stalzer sentyabrın 28-də sədr seçilib. Onun vəzifəyə başlamasından bir neçə gün sonra baş verən bu hücum bütün Almaniyada geniş etirazlara səbəb olub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm