İdman
Ayxan Abbasov: Futbolçularım əllərindən gələni etdilər

İlk hissənin sonunda qol buraxmasaydıq, rəqib ikinci yarıda daha çox təzyiq göstərəcəkdi. Futbolçularım əzmkar mübarizə apardılar. Əllərindən gələni etdilər.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
"Fransa kimi komandalara qarşı oynamaq bizim üçün yaxşı təcrübədir. Qarşıda bizi Ukrayna ilə ağır matç gözləyir. Gələn oyunda müəyyən rotasiyalar olacaq. Mahir Emrelinin çıxışına gəlincə, o da əlindən gələni etdi və ən yaxşı oyunlarından birini keçirdi. Qısa vaxt ərzində bir neçə oyun keçirməyə öyrəşməliyik", - deyə o bildirib.
Baş məşqçinin sözlərinə görə, komanda ilk hissədə top buraxmasaydı, ikinci yarı fərqli ola bilərdi:
"Həmin qolu Mbappe kimi futbolçu vura bilər. İnanırdıq ki, Fransaya qarşı mübarizə apara bilərik".
-
Magazin204:30
Məşhur müğənni konsert zamanı hücuma məruz qaldı - Video
-
ABŞ02:43
Trampı qəzəbləndirən məktub - Cavab olaraq 100% rüsum tətbiq edəcək
-
Qoroskop02:19
Günün ulduz falı: Ailə və ev məsələləri önə çıxacaq
-
İdman00:41
DÇ-2026: millimiz Fransaya böyük hesabla uduzdu - Video/Yeniləndi
-
ABŞ10 Oktyabr 23:43
Ağ Evdə ixtisarlara start verildi
-
ABŞ10 Oktyabr 23:27
ABŞ qoşunları İsraildədir
-
Nida Xəbər 10 Oktyabr 20:46
Azərbaycanla Türkiyə xüsusi təlimlər keçirəcək
-
Magazin110 Oktyabr 20:00
Əminə Yusifqızının son sözü: "Anamın yanına getmək istəyirəm"