İdman
DÇ-2026: millimiz Fransaya böyük hesabla uduzdu - Video/Yeniləndi
DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyunu başa çatıb.
Publika.az xəbər verir ki, "Park de Prens" stadionunda keçirilən matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
Norveçdən olan baş hakim Rohit Saqqinin idarə etdiyi görüşdə qolları Kilian Mbappe (45+2), Adrien Rabyo (69), Florian Toven (84) vurub.
***
83-cü dəqiqədə Toven fərqi üçə çatdırdı: 3-0.
***
Rabio görüşün 69-cu dəqiqəsində ikinci qolu vurdu: 2-0
***
DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ikinci hissə başlayıb.
Publika.az xəbər verir ki, matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.
***
DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda ilk hissə başa çatıb.
***
Mbappe ilk hissənin son dəqiqələrində hesabı açdı: 1-0.
***
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyunu başlayıb.
Publika.az xəbər verir ki, “Park de Prens” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.
***
Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Fransa və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Publika.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
Fransa: Mayk Meniyan, Malo Qyusto, Dayo Upamekano, Kinqsli Koman, Yoqo Ekitike, Kilian Mbappe, Maykl Olise, Adrien Rabo, Vilyam Saliba, Kefren Tyuram, Teo Ernandes
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Mahir Emreli, Rüstəm Əhmədzadə, Elvin Bədəlov, Abdulla Xaybullayev, Toral Bayramov, Qismət Alıyev.
Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
-
Magazin219:30Quldurlar məşhur reperin evinə girib anasını girov götürdülər
-
Kriminal19:1070 kiloqram qızılla tutulan polkovnik-leytenantdan XƏBƏR VAR
-
Nida Xəbər 19:00Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT - FOTO
-
İdman18:50İslam o qələbəyə görə milyonlar qazanıb: Məbləğ açıqlandı
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı
-
MDB17:44Rusiya Türkiyə gəmisini vurdu: Ekipajdakı 16 nəfər... - VİDEO
-
Rəsmi xronika17:23İlham Əliyev iki fərman imzaladı
-
Sosial16:50Əhməd Oruc insult keçirdi, vəziyyəti ağırdır












.jpg)
.jpg)


















