Magazin1
“Kim bic doğub, kim gic…” - Afət Fərmanqızına şillə kimi cavab
Afət Fərmanqızı ilə Vəfa Şərifova arasında deyişmə yenidən alovlanıb.
Publika.az xəbər verir ki, ad çəkmədən həmkarlarına od püskürən Fərmanqızı günlərdir medianın diqqətindən düşmür.
Bu dəfə bloger Samirə Məmmədzadə ifaçıya cavab verib. O, paylaşımında Vəfa Şərifovanın müdafiəsinə qalxıb:
“Afət Fərmanın qızı yenə ad çəkmədən açıqlamalar verir. Adını da qoyub “Afətlə doğrular”. Məni indi maraqlandırır, kimin sevgilisi var, kim bic doğub, kim gic doğub, sənə nə? Müğənnisənsə, mahnılarını oxu, Allah sənə səs verib, get oxu!
“Afət ilə doğrular... Niyə insanlar sənə inanmalıdır? Hansı əməlinə görə? Sən bir azərbaycanlı qadınsan da, necə bir azərbaycanlı qadını belə danışa bilirsən? Ayıb nədir bilirsənmi?
Moskva əbədi deyil, əbədi vətəndir! Vətəninin pisi də, yaxşısı da vətənindir! Ayıbdır, olmaz bu qədər. Hər kəs hər şeyi gözəl bilir, adama deyərlər, sənə nə. Sənə cavab vermirləsə abırlarındandır, qorxudan deyil!”
Samirə Məmmədzadə paylaşımında qeyd edib ki, Afət Fərmanının bəzi çıxışları insanlarda nifrət yaradıb:
“Deyirsən, Vəfa toyda qaranlıq otaqda oturdu, məni görüb gəlmirdi. Gör nə qədər insanlarda nifrət qazanmısan ki, səninlə bir masada oturmaqdansa, qaranlıqda oturmaq daha urvatlı gəlir”.
Sözügedən paylaşımı müğənni Vəfa Şərifova da özünün sosial şəbəkə hesabında yayımlayıb.(Yenisabah.az)
-
MDB13:12Moskvadan İrəvana daha bir xəbərdarlıq: O tələdə pulsuz pendir olmayacaq
-
Rəsmi xronika12:31İlham Əliyev fərman imzaladı
-
Magazin112:00Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
-
İdman10:30Yamal bu oyuna 150 min avroluq kulonla gəldi - FOTO
-
Nida Xəbər 09:18Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...
-
Sosial09:12"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
-
İqtisadi gündəm08:48Qızıl kəskin bahalaşdı
-
Magazin206:16Çəkilişlər başlamadan serialdan ayrıldı













.jpg)
















.jpg)






