İdman
Avropa çempionatı: şahmatçılarımız Ermənistana qalib gəldilər

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında 6-cı turun partiyaları keçirilib.
Publika.az xəbər verir ki, hesabat turunda kişi və qadınlardan ibarət Azərbaycan komandaları Ermənistan şahmatçılarıyla qarşılaşıb.
Kişi şahmatçılardan ibarət Azərbaycan komandası Ermənistana 2.5-1.5 hesabı ilə qalib gəlib. 6-cı turda Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçəyə oynayıb. Bu qələbədən sonra Azərbaycan komandasının aktivində 9 xal var.
Qadın şahmatçılardan ibarət komandamız da 6-cı turda Ermənistan şahmatçılarını üstələyib. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibi məğlub edib, Xanım Balacayeva və Gövhər Beydullayeva partiyanı heç-heçə ilə bitirib. 3-1 hesablı qələbədən sonra xanım şahmatçıların xalı 8-ə çatıb.
Qeyd edək ki, oktyabrın 11-i Avropa çempionatında istirahət günüdür. Qitə çempionatına oktyabrın 14-də yekun vurulacaq.

-
İdman00:13
Fransa - Azərbaycan oyununda ikinci qol - Canlı/Yeniləndi
-
ABŞ10 Oktyabr 23:43
Ağ Evdə ixtisarlara start verildi
-
ABŞ10 Oktyabr 23:27
ABŞ qoşunları İsraildədir
-
Nida Xəbər 10 Oktyabr 20:46
Azərbaycanla Türkiyə xüsusi təlimlər keçirəcək
-
Magazin110 Oktyabr 20:00
Əminə Yusifqızının son sözü: "Anamın yanına getmək istəyirəm"
-
ABŞ10 Oktyabr 19:00
ABŞ Meksika ilə sərhəddə “ağıllı divar” tikir - 4,5 milyard dollar xərclənəcək
-
Nəqliyyat10 Oktyabr 18:40
22 yolda tıxac yarandı - Siyahı
-
Kriminal10 Oktyabr 17:43
Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu