İdman
“Real” 16 yaşlı istedada 20 milyon verir
“Real Madrid” Meksikanın “Tixuana” klubunun hücumameyilli yarımmüdafiəçisi Gilberto Moranı transfer etməkdə maraqlıdır.
Publika.az xəbər verir ki, “Marca” nəşrin məlumatına görə, ispan nəhəngi 16 yaşlı meksikalıya hüquqların 50%-i üçün 20 milyon avro təklif etməyə hazırdır.
Meksika klubu vunderkindlə yollarını ayırmağın əleyhinə deyil, lakin əsas istedadına görə yüksək gəlir əldə etmək niyyətindədir.
Futbolçunun agenti İqnasio Ruvalkaba onun Avropaya köçməkdə maraqlı olduğunu təsdiqləyib.
“Mora Madrid klubunda oynamaq arzusundadır. O, çox inadkardır və qarşısına həmişə yüksək məqsədlər qoyur. O, özünü Madriddə görür, Avropa futbolunu sevir və yüksək liqalarda oynamaq üçün lazım olan keyfiyyətlərə malikdir. Bununla belə, bir neçə milyon dollara Gilbertonun heç ayağını almaq olmaz”, – futbolçunun nümayəndəsi bildirib.
Gilberto Mora artıq tarix yazıb – o, böyüklər arasında beynəlxalq turnirin finalında çıxış edən ən gənc oyunçu olub. O, bunu KONKAKAF Qızıl Kubokunun həlledici matçında Meksika millisinin heyətində edib. Bu mövsüm Mora klubunda 8 oyunda 3 qol vurub və bir məhsuldar ötürmə edib.
“Transfermarkt” oyunçunu 4,5 milyon avro qiymətləndirir.
-
ABŞ10:52Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir
-
Hadisə10:21Biləsuvarda dəhşətli qəza - 5 nəfər öldü
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO




























.jpg)



