İdman
Şahruddin Mbappe ilə Ronaldonu müqayisə etdi: Fərq ondadır ki...
"Qarabağ" və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransa ilə keçirilən oyun (0:3) barədə fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, o, görüşün ilk hissənin sonunda hesabın açılmasından danışıb:
"Kilian istənilən anda oyunun taleyini həll edə bilər. Sadəcə, çox təəssüf doğuran qollar buraxdıq".
Millimizin qolkiperi Mbappeni bir neçə il əvvəl rəqib olduğu Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ilə də müqayisə edib:
"Mbappe çox güclüdür. Onun sürəti televiziyada olduğu kimi nəzərə çarpmır. O, çox iti və sürətlidir. Məncə, Fransa və Portuqaliya milliləri eyni dərəcədə güclüdür. Fərq ondadır ki, biz portuqallarla oynayanda Kriştiano artıq driblinqçidən çox qol vuran oyunçu idi. Mbappe hazırda ən yaxşı vəziyyətdədir".
Qeyd edək ki, millimiz bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşada Ukrayna seçməsi ilə qarşılaşacaq. Fransa D qrupunda ilk üç turdan sonra 9 xalla liderlik edir. Azərbaycan millisi 1 xal toplayaraq qrupda dördüncü pillədə qərarlaşıb.
Heybət
-
Dünya05:45Bu ölkədə əhali sayına limit qoyulacaq - 10 milyonu keçməsin!
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal











.jpg)
















.jpg)




