İdman
Onlar bir dəfə üz-üzə gəlib: Ronaldoların yeganə dueli harada baş tutub? - FOTOLAR/VİDEO
Kriştiano Ronaldo və Ronaldo Nazario fərqli dövrlərin adamlarıdır, baxmayaraq ki, braziliyalı adaşı ondan cəmi 8 yaş böyükdür. Onlar heç vaxt rəsmi oyunda bir-birinə qarşı oynamayıblar.
Publika.az xəbər verir ki, 2002-2003-cü illərdə Kriştiano “Sportinq”də çıxış edirdi, “Fenomen” ləqəbli Ronaldo isə “Real”da. Sonra portuqaliyalı “Mançester Yunayted”ə keçdi, 2009-cu ildə isə “Real”a transfer olundu, amma o vaxt braziliyalı artıq “Milan”da idi (2007-ci ildən) və dörd il sonra karyerasını Braziliyada bitirdi.
Həmin illərdə Portuqaliya və Braziliya 2 dəfə yoldaşlıq görüşündə qarşılaşıb. 2007-ci ildə Londonda keçirilən oyunda Portuqaliya 2:0 hesabı ilə qalib gəlib. Həmin görüşdə Kriştiano oynayıb, amma Ronaldo yox. Eyni hal bir il sonra da təkrarlanıb. Bu dəfə braziliyalılar 6:2 hesabı ilə qələbə qazanıblar.
Bununla belə, adaşlar bir dəfə üz-üzə gəliblər. 2005-ci ildə Luiş Fiqonun Alqarve şəhərində təşkil etdiyi xeyriyyə oyununda hər iki futbolçu meydana çıxıb. Braziliyalı Fiqunun, gənc Kriştiano isə rəqib komandanın heyətində oynayıb.
Heybət


-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü
-
Ekologiya15:14Günəşdə iki güclü partlayış baş verdi
-
Hadisə14:53Biləsuvardakı qəzada ölən üç gənc eyni kənddə dəfn olundu - FOTOLAR
-
Digər14:21Bu ölkədə hərbi çevriliş oldu
-
İdman14:10"Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
-
Sosial13:50Leyla Əliyeva və Arzu Əliyeva Banqladeş hökumətinin Baş müşaviri ilə görüşdülər































.jpg)



