İdman
PFL-dən möhtəşəm addım: Premyer Liqada “Zəfər turu”
Azərbaycan Premyer Liqasının 11-ci turu “Zəfər turu” adlanacaq.
Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Azərbaycan çempionatının sözügedən turunun oyunları noyabrın 7-8-9-da keçiriləcək. Mərkəzi qarşılaşma isə Azərbaycan derbisi olacaq. “Qarabağ” “Azersun Arena”da “Neftçi”ni qəbul edəcək.
Bundan başqa, görüşlər keçiriləcək saatların 44-cü dəqiqəsinə təyin edilib. Bu, zəfərlə bitən Vətən müharibəsinin 44 gün davam etdirməsini əks etdirir.
Xatırladaq ki, 8 noyabr - 44 günlük Vətən müharibəsindəki qələbə ilə əlaqədar Azərbaycanda “Zəfər Günü” olaraq təsis edilib.
Azərbaycan Premyer Liqası, “Zəfər turu” (11-ci tur)
7 noyabr (cümə)
13:44 “Şamaxı” – “İmişli”
Şamaxı şəhər stadionu.
16:44 “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu.
8 noyabr (şənbə)
15:44 “Araz-Naxçıvan” – “Karvan-Yevlax”
“Liv Bona Dea Arena”.
18:44 “Zirə” – “Turan Tovuz”
Zirə İK stadionu.
9 noyabr (bazar)
15:44 “Kəpəz” – “Sabah”
Qəbələ şəhər stadionu.
18:44 “Qarabağ” – “Neftçi”
“Azersun Arena”.
Heybət
-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü
-
Ekologiya15:14Günəşdə iki güclü partlayış baş verdi
-
Hadisə14:53Biləsuvardakı qəzada ölən üç gənc eyni kənddə dəfn olundu - FOTOLAR
-
Digər14:21Bu ölkədə hərbi çevriliş oldu
-
İdman14:10"Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
-
Sosial13:50Leyla Əliyeva və Arzu Əliyeva Banqladeş hökumətinin Baş müşaviri ilə görüşdülər































.jpg)



