İdman
"Barselona"nın ulduzu etiraf etdi: Ərəblərin bu təklifi onu yoldan çıxarırmış
“Barselona”nın vingeri Rafinya maraqlı etiraf edib.
Publika.az xəbər verir ki, o, 2024-cü ildə Səudiyyə Ərəbistanından gələn əla maliyyə şərtli təklifi ciddi şəkildə nəzərdən keçirdiyini bildirib:
“15 yaşından futbol oynayıram, həm yaxşı, həm də çətin dövrlərim olub. Buna görə də bir anda düşündüm ki, artıq özümə və ailəmə qayğı göstərməyin vaxtıdır. Səudiyyə Ərəbistanından gələn təklif məni çox cəlb etdi. Bu təklif təkcə mənim deyil, valideynlərimin, oğlumun və daha bir çox insanın həyatını dəyişə bilərdi.
Əlbəttə, “Barselona”dan ayrılmaq barədə düşünürdük. Mənə elə gəlirdi ki, bəlkə də getməyin zamanı çatıb. Amma sonra baş məşqçi Hans-Diter Fliklə danışdıq. Əvvəlcə telefonda, sonra isə mövsümöncəsi toplanışda. O, məni qalmağa inandıra bildi. Sevindim ki, bunu etdi”.
Mətbuatda yayılan məlumata görə, “Əl-Hilal” braziliyalı futbolçuya 4 illik, 170 milyon avroluq müqavilə təklif edib.
Keçən mövsüm Rafinya “Barselona”nın heyətində bütün turnirlərdə 57 oyunda 34 qol vurub və 26 qolun ötürməsini verib.
Heybət
-
MDB20:20"Qiyamət radiosu"ndan NATO ölkəsi barədə sirli mesaj
-
Sosial20:10“Qanunsuz pullara görə ailəmiz dağıldı” - Xanımı vəzifəli ərini məhkəməyə verdi
-
Magazin219:30Quldurlar məşhur reperin evinə girib anasını girov götürdülər
-
Kriminal19:1070 kiloqram qızılla tutulan polkovnik-leytenantdan XƏBƏR VAR
-
Nida Xəbər 19:00Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT - FOTO
-
İdman18:50İslam o qələbəyə görə milyonlar qazanıb: Məbləğ açıqlandı
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı
-
MDB17:44Rusiya Türkiyə gəmisini vurdu: Ekipajdakı 16 nəfər... - VİDEO













.jpg)



















