İtini qeydiyyatdan keçirməyi unutdu: Evtanaziya ediləcək?
Bizi izləyin

İdman

İtini qeydiyyatdan keçirməyi unutdu: Evtanaziya ediləcək?

“Nottinqem Forest” və İngiltərə millisinin futbolçusu Morqan Gibbs-Uayt qanuna uyğun olaraq “XL Bully” cinsindən olan itini qeydiyyatdan keçirmədiyi üçün cərimələnib.

Publika.az xəbər verir ki, İngiltərə millisinin üzvü “Harlo” adlı it üçün sənədləri vaxtında təqdim etməyib və vəkil vasitəsilə səbəb kimi işlərinin çoxluğunu göstərərək sadəcə unutduğunu bildirib. Məhkəmə futbolçuya 12 dekabr tarixinədək itini qeydiyyatdan keçirməyi tələb edib, əks halda heyvan evtanaziya ediləcək.

Vəkil bildirib ki, Gibbs-Uayt it üçün digər bütün qaydalara əməl edib. Həmçinin oyunçudan 284 funtluq məhkəmə xərcləri də tələb edilib.

“XL Bully” cinsi Britaniyada bir sıra hücum hadisələrindən sonra qadağan edilib və sahibləri itlərini qeydiyyatdan keçirməli, əks halda itlər müsadirə oluna bilər.

Qeyd edək ki, 25 yaşlı oyunçunun qiyməti 60 milyon funt sterlinq qiymətləndirilir. Bu yay o, “Tottenhem”ə keçməkdən imtina edərək, “Forest”lə 2028-ci ilə qədər müqaviləsini yeniləyib və həftəlik təxminən 150 000 funt maaş alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm