Diskvalifikasiya və 8 min funt sterlinq cərimə: O oyundakı davranışa görə
Bizi izləyin

İdman

Diskvalifikasiya və 8 min funt sterlinq cərimə: O oyundakı davranışa görə

“Çelsi”nin baş məşqçisi Entso Mareska “Liverpul”la oyunda (2:1) meydandan qovulduğuna görə bir oyunluq cəza alıb və 8 min funt-sterlinq cərimələnib.

Publika.az xəbər verir ki, “Çelsi”nin hücumçusu Estevao 95-ci dəqiqədə qələbə qolunu vurub, bundan sonra məşqçi oyunçuların yanına qaçıb.

Baş hakim Entoni Teylor ona qırmızı vərəqə göstərib.

“Çelsi” oktyabrın 18-də səfərdə “Nottingem Forest”lə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm