ABŞ
Heqsetin təyyarəsi məcburi eniş etdi - Ön şüşəsi çatlayıb...
ABŞ-nin müdafiə naziri Pit Heqseti daşıyan “Boeing C-32” texniki nasazlıq səbəbindən Böyük Britaniyada məcburi eniş edib.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” Pentaqonun mətbuat katibi Şon Parnellə istinadən məlumat yayıb.
"Təyyarə standart prosedurlara uyğun olaraq eniş edib və Heqset də daxil olmaqla, göyərtəsində olanların hamısı təhlükəsiz yerdədir", - Parnell bildirib.
Hadisəyə səbəb təyyarənin ön şüşəsindəki çat olub.
"Flightradar"ın məlumatına görə, Heqsetin təyyarəsi NATO-nun müdafiə nazirlərinin sammitinin keçirildiyi Belçikadan yola düşüb, lakin geri dönərək Atlantik üzərindən Böyük Britaniyaya enməyə məcbur olub. Təyyarə havada olarkən qəza siqnalı göndərilib.
Ləman
-
Dünya08:12Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)


























.png)

.jpg)





