Dünya çempionatına vəsiqə qazana bilməsələr, Qattuzo gözlənilməz addım atacaq
Bizi izləyin

İdman

Dünya çempionatına vəsiqə qazana bilməsələr, Qattuzo gözlənilməz addım atacaq

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, komandası dünya çempionatına vəsiqə qazana bilməyəcəyi halda, ölkəsi tərk edəcəyini bildirib:

“Əgər pley-off-a düşsək, heç kəsə laqeyd yanaşmaq olmaz. Futbol dəyişib və İtaliya millisi yaxşı bilir ki, kəsilməli oyunlarda heç kəsi az qiymətləndirmək olmaz.

Əlbəttə, əgər 2026-cı il Dünya Çempionatına vəsiqə qazanacağıqsa, bunu nailiyyətlərimə əlavə edəcəyəm və tərifləri qəbul edəcəyəm. Amma əgər qazana bilməsək, İtaliyadan gedib uzaqda yaşayacağam. 2026-cı il Dünya Çempionatı bizim arzumuzdur”.

Hazırda komanda çətin vəziyyətdədir və ehtimal ki, qrupda Norveçdən sonra ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, İtaliya millisi sonuncu - 2022-ci il dünya çempionatına yollana bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm