Türkiyə nəhənglərinin "qoca ulduz" sevdası: Levandovskini də gətirirlər
Bizi izləyin

İdman

Türkiyə nəhənglərinin "qoca ulduz" sevdası: Levandovskini də gətirirlər

“Fənərbağça” 2025/26 mövsümünün sonunda Robert Levandovskini heyətinə qatmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.

Xəbərə görə, İstanbul təmsilçisi hazırda “Barselona”nın hücumçusunun transferi üçün strategiya üzərində işləyir. 37 yaşlı polşalı forvardın kataloniyalılarla müqaviləsi 2026-cı ilin yayında başa çatacaq və “Fənər” həmin vaxt onu azad agent kimi komandaya gətirmək niyyətindədir.

Levandovskinin meneceri bir müddət əvvəl futbolçunun “Barselona”dakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik olduğunu, müqavilə bitdikdən sonra klubu dəyişə biləcəyini istisna etməmişdi.

Qeyd edək ki, Robert karyerası ərzində “Lex Poznan”, “Borussiya Dortmund” və “Bayern” klublarında çıxış edib. O, Münhen klubunun heyətində 2019/20 mövsümündə Çempionlar Liqasının qalibi olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm