Bu ölkə Afrika İttifaqından çıxarıldı
Bizi izləyin

Dünya

Bu ölkə Afrika İttifaqından çıxarıldı

Afrika Birliyi prezident kimi and içəcək hərbi liderə görə Madaqaskarın üzvlüyünü dayandırıb. Məlum olduğu kimi, parlamentdə kütləvi etirazlardan sonra dövlət başçısı Andri Radzuelin ölkədən qaçıb və ordu hakimiyyəti ələ keçirib.

Publika.az "The Guardian"a istinadən xəbər verir ki, Madaqaskarın yeni hərbi prezidenti oktyabrın 17-də and içəcək.

Nəşr yazır ki, Madaqaskar Mali, Burkina Faso, Niger, Qabon və Qvineyada baş verən çevrilişlərdən sonra 2020-ci ildən bəri hərbi nəzarət altına düşən ən sonuncu keçmiş Fransa koloniyası olub.

Ali Məhkəmə tərəfindən prezident kimi təsdiq edilmiş polkovnik Mişel Randrianirina bildirib ki, mülki rəhbərliyə keçid iki ildən az vaxt aparacaq və əsas institutların yenidən qurulmasını əhatə edəcək.

"Bu, dövlət çevrilişi deyil, məsuliyyəti öz üzərinə götürmək halıdır, çünki ölkə dağılmaq ərəfəsində idi", - deyən hərbi lider 18-24 ay ərzində seçkilərin keçiriləcəyini vəd edib və yerli mətbuata baş nazirin təyin edilməsi və yeni hökumətin formalaşdırılması üçün məsləhətləşmələrin aparıldığını deyib.

O bildirib ki, keçid dövrünə ordu, jandarma və polis zabitlərindən ibarət komitə nəzarət edəcək.

Qeyd edək ki, Randrianirina uzun müddətdir ki, Radzuelin administrasiyasının kəskin tənqidçisi olub və 2023-cü ildə çevriliş cəhdinə görə bir neçə ay həbs olunub.

Hakimiyyətin ələ keçirilməsi beynəlxalq narahatlığa səbəb olub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm