İdman
"Real" azarkeşləri qəzəbləndi: “El-Klasiko”nun biletləri "əl yandırır" - FOTOFAKT

“El-Klasiko” öncəsi azarkeşləri “Real” rəhbərliyindən narazılıq edirlər.
Publika.az xəbər verir ki, La Liqa çərçivəsində oktyabrın 26-da “Santyaqo Bernabeu” stadionunda keçiriləcək “Barselona” ilə qarşılaşma üçün bilet qiymətləri fanatların qəzəbinə səbəb olub. Ən ucuz bilet 135 avrodur, yaxşı yerlər üçün isə 465 avroya qədər ödəniş tələb olunur. VIP zonası üçün qiymətlər 990 avrodan başlayı. Bu, son illərin rekord göstəricisidir.
Hətta klub üzvləri üçün 20 faizlik endirimlə belə, minimal qiymət 108 avro təşkil edir. Bu da matçın hər dəqiqəsi üçün təxminən 1 avro deməkdir.
Müqayisə üçün, Çempionlar Liqasındakı “Yuventus”la oyuna ən ucuz biletlər 75 avro olub. O vaxt da azarkeşlər qiymətləri “soyğunçuluq” adlandırmışdılar.
Bilet satışı üç mərhələdə keçiriləcək. Oktyabrın 17-də endirimlə klub üzvləri, 3 gün sonra premium azarkeşlər biletləri əldə edə biləcəklər. Ümumi satış isə oktyarın 21-də reallaşacaq.
Heybət
-
Nida Xəbər 15:46
Saakaşvili paylaşım etdi: İlham Əliyev bütün Qafqazın şərəfini qorudu
-
Nida Xəbər 15:30
Ramiz Mehdiyevin dövlət çevrilişi planını bu ölkə ifşa edib - ŞOK DETALLAR
-
Sosial15:26
Bakıda hərbi parad keçiriləcək
-
Magazin214:20
Görkəminə ildə 1 milyon xərcləyir: Görün Kardaşyan hansı məhsulun qiymətini bilmir - FOTOLAR
-
Sosial13:56
Çörəyin ən baha satıldığı ölkələr: Azərbaycan dünya reytinqində...
-
Sosial13:27
Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinatlar
-
Rəsmi xronika12:53
Sabah leysan yağacaq - PROQNOZ
-
Region12:06
Rusiya qaydaları sərtləşdirdi: Ermənilər etiraz aksiyası keçirirlər