Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək
Bizi izləyin

İdman

Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək

Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.

Publika.az xəbər verir ki, günün ilk qarşılaşmasında turnir cədvəlində yeddinci pillədə qərarlaşan “Şamaxı” doğma meydanda “Kəpəz” ilə üz-üzə gələcək. Görüş saat 14:30-da start götürəcək.

Daha sonra “Qarabağ” “Turan Tovuz"un qonağı olacaq. Bu oyun isə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Premyer Liqanın VIII turuna oktyabrın 19-u yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 8-ci tur
17 oktyabr

“Şamaxı” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
Şamaxı şəhər stadionu, 14:30.

“Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
“Azersun Arena”, 19:00.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm