İdman
Özünü Ronaldo ilə müqayisə etdi
.webp?v1760773364)
Serbiyalı tennisçi Novak Cokoviç karyerasını nə vaxt başa vuracağı ilə bağlı suala cavab verib.
Publika.az xəbər verir ki, o, özünü Lebron Ceyms, Kriştiano Ronalo və Tom Bredi kimi əfsanələrlə müqayisə edib:
“Uzunömürlülük mənim üçün ən böyük motivasiyalardan biridir. Çox istəyirəm görüm, hara qədər gedə bilərəm.
Ümumiyyətlə, idmanda biz görürük ki, məsələn, Lebron Ceyms hələ də çox güclüdür, Kriştiano Ronaldo, Tom Bredi isə 40 yaşına qədər oynadı. Mən də davam etmək istəyirəm.
Peşəkar tennisçi kimi yaşamağa, idmanın necə dəyişəcəyini görməyə can atıram. Bu dəyişiklikləri səbirsizliklə gözləyirəm.
Hazırda baş verənlər barədə açıq danışa bilmərəm, amma məncə, son illər tennis elə bir idmandır ki, o dəyişə bilər və dəyişəcək. Mən bu dəyişikliklərin bir hissəsi olmaq istəyirəm. Amma sadəcə hissəsi yox, elə vaxtda oynamaq istəyirəm ki, idmanımız yenilənsin və növbəti onilliklər üçün möhkəm bir platforma yaransın.
Karyeranı bitirmək? Xeyr, mən onu bitirmirəm. Üzr istəyirəm ki, kimisə məyus edirəm, amma bu, baş vermir”.
-
MDB10:25
Putini Macarıstan səmasında belə qoruyacaqlar: General detalları açıqladı
-
Avto10:13
Məşhur şirkət 700 min avtomobilini geri çağırdı
-
MDB09:52
Zelenski: "Putin mənə nifrət edir!"
-
Ekologiya09:34
Bəzi ərazilərə leysan, Şahdağa qar yağdı
-
ABŞ09:00
Bu ölkədəki ABŞ səfirliyinə oxlarla hücum etdilər - 4 polis yaralandı
-
ABŞ02:00
Pentaqon rəhbərinin Zelenski ilə görüş üçün seçdiyi qalstuk olay oldu
-
Qoroskop00:55
Günün ulduz falı: qəfil xərclər çıxa bilər
-
Dünya00:35
Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - Foto/Video/Yeniləndi