Mahir Emreli "Kayzerslautern"dən ayrılır?
Bizi izləyin

İdman

Mahir Emreli "Kayzerslautern"dən ayrılır?

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Mahir Emreli "Kayzerslautern" klubundan ayrıla bilər.

Publika.az xəbər verir ki, bu barədə "Sport1.de" məlumat yayıb.

Almaniya təmsilçisi qış transfer pəncərəsində onunla əməkdaşlığa son qoymağı planlaşdırır. Bu məsələ yaxın günlərdə dəqiqləşəcək. Çünki 28 yaşlı hücumçu ilə klub rəhbərliyi arasında görüş keçiriləcək. İclasda qaranlıq məsələlər həll olunmasa, yollar ayrılacaq. Bunun hansı formada reallaşacağı məhz toplantıda müəyyən ediləcək.

Mahir Emreli bu ilin yayında azad agent statusu ilə "Kayzerslautern" ilə 3 illik müqavilə imzalamışdı.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm