"Kəpəz"in xal həsrəti bitdi
Bizi izləyin

İdman

"Kəpəz"in xal həsrəti bitdi

Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib.

Publika.az xəbər verir ki, hesabat turunun açılış matçı Şamaxıda baş tutub. Rayonun eyni adlı komandası "Kəpəz"i qəbul edib. Bu görüşə qədər keçirdiyi bütün görüşlərdə məğlub olan Gəncə təmsilçisi ilk xallarını qazanıb. Görüş qərb klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu gün daha bir görüş baş tutacaq. "Turan Tovuz" Bakıda "Qarabağ"la qarşılaşacaq. Matçın start fiti 19:00-da veriləcək.

“İmişli” – “Qəbələ” və “Sumqayıt” – “Karvan-Yevlax” matçları oktyabrın 18-də, “Sabah” – “Zirə” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları isə 19-da keçiriləcək.

Azərbaycan Premyer Liqası, 8-ci tur
17 oktyabr
“Şamaxı” – “Kəpəz” 1:4
Qollar: Sezar Enrike, 11 – Fərid Nəbiyev, 34; 39. Luis Paçu, 67-pen; 85.
Qırmızı vərəqə: Abdullahi Şuaybu, 45+1.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
Şamaxı şəhər stadionu.

19:00 “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
“Azersun Arena”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm