“Qalatasaray” 20 yaşlı rusiyalı futbolçunu alır?
Bizi izləyin

İdman

“Qalatasaray” 20 yaşlı rusiyalı futbolçunu alır?

“Qalatasaray” yarımmüdafiəni gücləndirmək niyyətindədir və CSKA-ın 20 yaşlı futbolçusu Matvey Kislyakı almaq fikrindədir.

Publika.az xəbər verir ki, bu barədə “Fotomac” “X” sosial media səhifəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, türk nəhənginin baş məşqçisi Okan Buruk rusiyalı futbolçu haqqında yüksək fikirlər söyləyir. “Qalatasaray” Kislyakın transferini yanvarda tamamlamağı planlaşdırır.

Yarımmüdafiəçi 14 yaşından Moskvanın CSKA klubunda çıxış edir. O, “qırmızı-göylər”in böyük komandasında bütün yarışlarda 59 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 16 milyon avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm