12 yaşlı Axar.az!
Bizi izləyin

Sosial

12 yaşlı Axar.az!

Azərbaycan mediasının dinamik və yenilikçi simalarından biri olan Axar.az bu gün 12 yaşını qeyd edir!

2013-cü ilin oktyabrın 19-da oxucularla ilk görüşə gələn sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.

12 il az zaman deyil. Bu illər ərzində sayt özünü təkcə xəbər portalı kimi deyil, düşünülmüş mövqeyi, operativliyi və obyektivliyi ilə seçilən media orqanı kimi təsdiqləyib.

Axar.az bu illər ərzində cəmiyyətin informasiyaya olan tələbatını yüksək peşəkarlıqla qarşılayıb, ölkəmizin ictimai, siyasi həyatında mühüm informasiya mənbələrindən birinə çevrilib. Hər xəbərdə məsuliyyət, hər sətirdə prinsipiallıq hiss olunur.

Sayt təkcə xəbəri təqdim etmir, onu dəyərləndirir, analiz edir, cəmiyyət üçün mənası və önəmi olan aspektləri vurğulayır. Elə bu yanaşma da Axar.az-ı digər xəbər portallarından fərqləndirib, onu ən oxunaqlı və etibarlı mənbələrdən birinə çevirib.

Axar.az komandası bu 12 ildə doğruluğu, dəqiqliyi və milli maraqlara sadiqliyi ilə oxucuların rəğbətini qazanıb. Yayımlanan hər bir xəbər - peşəkarlığın, zəhmətin və media məsuliyyətinin göstəricisidir.

Axar.az Azərbaycan, ingilis, rus, və fars dillərində - dörd versiyada işləyir. Sayt həm də ərəb əlifbası ilə Azərbaycan dilində fəaliyyət göstərən yeganə yerli media orqanıdır.

Əminik ki, Axar.az hər zaman olduğu kimi, doğrunun, informasiyanın və ictimai etimadın ünvanı olaraq qalacaq!

Axar.az kollektivini ürəkdən təbrik edir, sayta yeni uğurlar, daha böyük oxucu auditoriyası və ölkə mediasında davamlı liderlik arzulayırıq.

Qeyd edək ki, Axar.az saytı "Teleqraf" Media Qrupun tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm