Avropa
Uşaqlıq fotosu ilə QARDAŞINA QOVUŞDU - 55 ildən sonra bitən həsrət
Şərqi Norfolkdan olan britaniyalı Mark Torp yarım əsrdən çox vaxt (55 il) keçdikdən sonra anasının doğulduqdan qısa müddət sonra övladlığa verdiyi böyük qardaşı ilə görüşə bilib.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Uşaqlıqdan Torp anasının yataq otağında bir körpə fotosunu görüb və instinktiv olaraq həmin şəkildəki uşağın özü olmadığını hiss edib. Mark beş yaşına çatanda anası etiraf edib ki, fotodakı uşaq onun 19 yaşında dünyaya gətirdiyi böyük qardaşı Kevindir. Valideynlərinin təkidi ilə onu övladlığa verməyə məcbur qalıb. Qadın bu ayrılığı ağır yaşayıb, fotonu qoruyub saxlayıb və hətta oğlunun təsviri ilə döymə etdirib.
2023-cü ildə anası vəfat edib. Bundan qısa müddət sonra Mark həmin şəkli yenidən görüb və qardaşını axtarmağa qərar verib. O, “Long Lost Family” adlı televiziya proqramına müraciət edib və komanda 55 yaşlı Kevini Qlosterşirdə tapmağa nail olub. Qardaşının adı Martindir - bu adı ona övladlığa götürən valideynləri veriblər.
Britaniyanın ITV kanalında yayımlanan verilişin bir bölümündə qardaşlar ilk dəfə görüşüblər. 44 yaşlı Torpun sözlərinə görə, bu görüş onun həyat boyu arzuladığı bir xəyalı gerçəkləşdirib.
Hüseyn İbadlı
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO



























.jpg)











