İdman
Messi "Qızıl Buts" mükafatına layiq görüldü - VİDEO
"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-in (Major League Soccer) pley-off mərhələsinin səkkizdəbir final mərhələsində "Neşvill"lə matçdan əvvəl çempionatın ən yaxşı bombardiri kimi "Qızıl Buts" mükafatına layiq görülüb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı "Çempionat" portalı yayıb.
38 yaşlı argentinalı müntəzəm mövsümün 28 matçda 29 qol vuraraq, ən yaxın rəqibindən beş top öndə olub. Məhsuldarlığına görə ikinci yeri hər biri 24 qol vurmaqla Deni Buanqa ("Los-Anceles") və Sem Sarric ("Neşvill") bölüşüblər.
Messi 2023-cü ilin yayından "İnter Mayami"nin heyətində çıxış edir. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 82 matçda iştirak edib, 71 qol və 37 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 18 milyon avrodur.
-
ABŞ10:05Tramp: "Rusiyaya qarşı güclü sanksiyalar tətbiq etdik!"
-
Digər09:33Silahlı rus Cənubi Koreyada dəhşət saçdı - VİDEO
-
Region09:07Daşnak liderin oğlu güllələndi - VİDEO
-
Magazin206:16"Xaç atası" filminin rejissoru pulsuz qaldı - Əşyalarını satır
-
Art05:15Bu əsər rekord qiymətə satıldı - FOTO
-
Qoroskop00:35Günün ulduz falı: kiçik sürprizlər sizi təəccübləndirəcək
-
Magazin124 Oktyabr 22:58Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi
-
Hadisə24 Oktyabr 20:48Erkən nikahın qarşısı alındı - Neftçalada























.jpg)














