Avropa
Bricit Makronun adı Fransanın rəsmi saytında kişi adı kimi qeyd olunub
Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron ölkənin rəsmi vergi portalında "Jean-Michel" kişi adı ilə qeydiyyatdan keçib.
Publika.az xəbər verir ki, bu barədə BFMTV kanalında yayımlanan sənədli filmdə məlumat verilib.
Belə ki, filmin anonsunda Fransanın birinci xanımının aparat rəhbəri Tristan Baumenin danışığını əks etdirən bir hissə də yer alıb. O, ötən ilin sentyabr ayında vergi yoxlaması zamanı baş verən insidentdən söz açıb. Bricit Makronun adının çəkilməli olduğu hissədə kişi adı səsləndirilir. Filmdə xüsusi olaraq vurğulanıb ki, bu səhv texniki problem deyil.
Yelisey Sarayı məlum hadisəni ciddiyə alıb və Bricit Makron isə şikayət ərizəsi ilə müraciət edib.
Xatırladaq ki, Bricitin kişi olması iddiaları hələ 2021-22-ci illərdə ortaya çıxmışdı. Fransanın birinci xanımı 2021-ci ildə oxşar iddialar irəli sürən və xüsusi video yayımlayan media mənsubu Amandine Roy ilə jurnalist Nataşa Reyə qarşı böhtan iddiası qaldırmışdı. 2024-cü ilin mart ayında Emmanuel Makron tez-tez təkrarlanan bu şayiələri təkzib etdi və bu cür fikirlərin onu qəzəbləndirdiyini açıqladı. Həmin ilin iyun ayında Parisdə jurnalistlərə qarşı məhkəmə başladı. Nəticədə Roy və Rey sentyabr ayında 13.500 avro cərimə olundu.
Tural
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar







































