Robben “Bavariya” haqda elə sözlər dedi ki…
Bizi izləyin

İdman

Robben “Bavariya” haqda elə sözlər dedi ki…

“Bavariya”nın sabiq yarımmüdafiəçisi Aryen Robben klubun cari mövsümdəki nəticələri və perspektivləri barədə danışıb.

Publika.az xəbər verir ki, Robbenin sözlərini klubun rəsmi saytı sitat gətirib.

“Bavariya”da işlər əla gedir. Onların kompakt oynama tərzi mənim xüsusilə xoşuma gəlir. Komanda çox işləyir və hamı yaxşı müdafiə olunur. Maykl Olise və Luis Dias kimi uşaqlar fərq yarada bilərlər.

Hər ikisi hazırda yaxşı formadadırlar. Onlar təkbətək vəziyyətlərdə çox sürətli və güclüdürlər. “Bavariya” yaxşı formada olanda biz istənilən komandanı məğlub edə bilərik.

Klub hazırda Çempionlar Liqasının favoritlərindən biridir. Düzdür, finala hələ çox var, amma faktdır ki, “Bavariya” hazırda praktiki olaraq məğlubedilməzdir”, – Robben deyib.

“Bavariya” Almaniya çempionatında keçirilən yeddi oyundan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm