İdman
Oğurluqda ittiham olunan əfsanəvi idmançıya bu cəza verildi
Fransalı biatlonçu Jyulya Simon bank kartı ilə oğurluq və dələduzluqda təqsirli bilinib.
Publika.az xəbər verir ki, qərar Savoya bölgəsinin Albertvil məhkəməsi tərəfindən verilib. İdmançı günahını tamamilə etiraf edib və üç aylıq şərti həbs cəzası və 15 min avro məbləğində cərimə alıb.
Hökmdən sonra Fransa Xizək Federasiyası bəyanat yayaraq məhkəmənin qərarını diqqətə aldığını qeyd edib. Federasiyanın nizam-intizam komitəsi yaxın vaxtlarda toplanaraq idmançıya qarşı mümkün tədbirləri nəzərdən keçirəcək. Təşkilat son iki ildə qalmaqalın milli komandanın hazırlığına və ya idmançıların fərdi layihələrinə təsir etməməsi üçün mümkün olan hər şeyi etdiyini vurğulayıb.
İstintaqın məlumatına görə, Simonenin hərəkətləri ümumilikdə təxminən 2300 avro dəyərində ziyana səbəb olub. O, onlayn alış-veriş etmək üçün komanda yoldaşı Justine Brezat-Boucer və komandanın tibb işçilərinin bank kartlarından istifadə edib. Məhkəmədə biatlonçu hərəkətlərini izah edə bilmədiyini etiraf edərək zərərçəkənlərdən üzr istəyib. O, “baş verənlərlə barışmaq və anlamaq” üçün psixoloqla işlədiyini söyləyib.
Simon qarışıq estafetdə 2022-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı,10 qat dünya çempionudur.
-
İdman19:24ABŞ-ın sanksiyaları məcbur edir: Moskva klubu sahibini dəyişir
-
MDB17:28Rusiyada nə baş verir?-Bütöv şəhəri qaz və aseton qoxusu bürüdü
-
Avropa16:18Almaniyanın ən güclü Atom Elektrik Stansiyası belə partladıldı - VİDEO
-
Avropa15:24Şok faktlar aşkarlandı: Narkotiki ədviyyat və şirələrə vururlarmış...
-
Magazin215:12Castin Biberin həyat yoldaşı: "Çoxlu uşaq istəyirəm!"
-
Magazin214:11Rusiyanın məşhur müğənnisi zəhərləndi: Xalq artistini öldürməyə çalışıblar?
-
MDB13:53DTX-dan tarixi əməliyyat: 2 kilo uranı Çinə aparmaq istədilər
-
ABŞ10:05Tramp: "Rusiyaya qarşı güclü sanksiyalar tətbiq etdik!"




















.jpg)
















