“Yuventus” qovduğu məşqçini geri qaytarır? – Namizədlər açıqlandı
Bizi izləyin

İdman

“Yuventus” qovduğu məşqçini geri qaytarır? – Namizədlər açıqlandı

İqor Tudorun istefasından sonra “Yuventus”un yeni baş məşqçisi postuna əsas namizədlər artıq bəlli olub.

Publika.az xəbər verir ki, bu barədə Nikolo Skira məlumat yayıb.

Turin klubuna İtaliya millisinin sabiq baş məşqçiləri – Luçano Spalletti və Roberto Mançini rəhbərlik edə bilər. Hər iki mütəxəssis “biankoneri” rəhbərliyindən heyətin gücləndiriləcəyinə dair zəmanət və ən azı 2027-ci ilə qədər müqavilə tələb edir.

Namizədlər arasında həmçinin bu yaxınlara qədər “Fiorentina”da çalışan Raffaele Palladino və bu ilin martında vəzifəsindən azad edilən Tiaqo Motta da yer alır.

Maraqlıdır ki, həm Motta, həm də Tudor artıq klubda işləməsələr də, hələ də “Yuventus”la qüvvədə olan müqavilələri var və onların ümumi dəyəri 25 milyon avrodur. Məhz bu, yeni baş məşqçinin təyin olunmasında əsas maliyyə problemi hesab olunur.

Xatırladaq ki, Tudor “Yuventus”u 2025-ci ilin martında çalışdırmağa başlamışdı. Onun istefasına səbəb komandanın 8 oyundur qələbə qazana bilməməsi olub. Üstəlik, son 4 qarşılaşmada turinlilər heç bir qol vurmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm