İdman
Türkiyə futbolu qarışdı: Hakimlərin 65 faizi qumar oynayırmış
Türkiyədə futbol hakimlərinin dörddə biri müntəzəm olaraq idmana mərc edir.
Publika.az “Sabah” nəşrinə istinadən bildirir ki, Türkiyə Futbol Federasiyası (TFF) daxili araşdırma apararaq ölkədəki aktiv futbol hakimlərinin 65 faizinin mərc şirkətlərində hesablarının olduğunu üzə çıxarıb.
TFF prezidenti İbrahim Hacıosmanoğlu İstanbulda keçirdiyi brifinqdə “571 hakimdən 371-nin mərc hesabı var, 152-si isə aktiv oyunçudur. Biz futbolumuzu hər hansı korrupsiya izindən təmizləmək niyyətindəyik. İstisna olmayacaq” deyib.
Türkiyənin yüksək divizionu olan Super Liqanın 7 hakimi də şübhə altına düşüb. İstintaq bitənə qədər onların fəaliyyəti dayandırılacaq.
Siyahıda yer alan bütün hakimlər cəzalar, o cümlədən diskvalifikasiya, ömürlük qadağa və fayllarının hüquq-mühafizə orqanlarına ötürülməsi ilə üzləşəcəklər.
FİFA və UEFA qaydalarına görə, futbol hakimlərinə mərc etmək qadağandır.
-
Region21:13Türkiyə ilə Böyük Britaniya "Eurofighter" qırıcıları ilə bağlı saziş imzaladı
-
ABŞ21:00Trampın qalmaqallı FOTOsu dəyişdirildi
-
İdman19:30Türkiyə futbolu qarışdı: Hakimlərin 65 faizi qumar oynayırmış
-
Nida Xəbər 19:19Ramiz Mehdiyevin "Dövlət Şurası"nda müxalifət liderləri də var - ŞOK
-
Region19:10Ərdoğan Starmeri qəbul etdi - Foto
-
Sosial18:40Adnan Əhmədzadəyə aid olduğu deyilən “Bolmart”da əməliyyat
-
Sosial16:50Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - FOTOFAKT
-
Rəsmi xronika16:24İlham Əliyev iki sərəncam imzaladı














.jpg)

















.jpg)



