ABŞ
Trampın qalmaqallı FOTOsu dəyişdirildi
“Time” jurnalı tənqidlərdən sonra ABŞ Prezidenti Donald Trampın yer aldığı üz qabığını dəyişdirib.
Publika.az xəbər verir ki, "Time" müxbiri Erik Kortellessa bu barədə "X" sosial şəbəkəsində məlumat verib.
"Time"ın yeni üz qabığı: Prezident Trampla eksklüziv müsahibəmə və onun Yaxın Şərq komandası ilə söhbətlərimə əsaslanan Qəzza atəşkəs razılaşmasına daxili baxış", - deyə jurnalist yazıb.
Jurnalın 10 noyabrda çıxacaq sayının üz qabığında masada əyləşən Amerika lideri əllərini çənəsinin altına qoymuş formada təsvir olunub. Fotoda "Trampın dünyası" başlığı diqqət çəkir.
Qeyd edək ki, Tramp daha öncəki fotonu bəyənmədiyini ifadə etmişdi. “Jurnal mənim barəmdə yaxşı məqalə yazıb, lakin foto bu günə qədər çəkilən ən pis şəkil ola bilər. Saçlarım yoxa çıxıb, başımın üzərində isə üzən taca bənzəyən nə isə görünür. Həqiqətən qəribədir! Müxtəlif bucaqlardan fotomun çəkilməsini heç vaxt sevməmişəm, bu, çox pis şəkildir və oradan çıxarılmalıdır”, - deyə Ağ Ev rəhbəri “Truth Social”da yazmışdı.
Ləman
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO




























.png)

.jpg)





