İdman
Yenə Yamal, yenə qalmaqal: Milandakı oteldə kimin otağında gecələyib?
 
                                    
                                    
                                    
                                "Barselona" futbolçusu Lamin Yamal yenidən qalmaqalın mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, bu dəfə onun sevgiləsinə xəyanət etdiyi iddia edilir.
Jurnalist Anna Qurquyun məlumatına görə, “El-Klasiko”da “Real”a məğlubiyyətdən sonra (1:2) Yamal iki günlük istirahətdən istifadə edərək dostları ilə birlikdə Milana yollanıb. Mənbənin iddiasına əsasən, “Barselona”nın “10 nömrəsi” "Armani" otelində qalıb və orada influenser Anna Cenioso da olub.
Bildirilir ki, Yamal və dostları modellərlə birlikdə əyləncə təşkil edib, daha sonra isə futbolçu Annanın otağında gecələyib.
Bu hadisə qısa müddətdə gündəmin əsas mövzularından birinə çevrilib. Jurnalist Xavi de Oyos məsələ ilə bağlı Yamal ilə əlaqə saxlayıb və onun mədəni şəkildə cavab verdiyini bildirib: “Laminə mətbuata qarşı hörmətli münasibətinə görə təşəkkür edirəm. O, həmişə nəzakətlə davranır”.
Jurnalistin sözlərinə görə, futbolçuya qarşı qarayaxma kampaniyası aparılır: “Məncə, bu gəncə qarşı ədalətsiz kampaniya başladılıb. O, böyük futbolçudur və unutmaq olmaz ki, hələ cəmi 18 yaşı var”.
Xəyanət iddialarına gəlincə, Yamal jurnalistə şəxsi ismarıc vasitəsilə belə cavab verib: “Şəxsi həyatım və Nikki Nikoll ilə münasibətlərim barəsində yayılan şayiələrə görə bu mövzunu ictimaiyyətdən uzaq saxlamaq istəyirəm”.
Jurnalist əlavə edib ki, məsələ onun üçün aydındır. Futbolçu iddiaları təkzib edib və bundan artıq açıqlama verməyi düşünmür.
Heybət
- 
                     Magazin219:35 Magazin219:35Türkiyəli məşhur müğənni infarkt keçirdi 
- 
                     Kriminal19:03 Kriminal19:03Sabiq icra başçısı həbs olundu - Bu cinayətlərdə ittiham olunur 
- 
                     Sosial18:53 Sosial18:53Vüqar Məmmədov həbs edildi 
- 
                     Nida Xəbər 17:45 Nida Xəbər 17:45Zakir Həsənova medal verildi 
- 
                     Sosial17:00 Sosial17:00Noyabrda yağıntıların miqdarı normadan çox olacaq - AYLIQ PROQNOZ 
- 
                    .jpg) Səhiyyə16:28 Səhiyyə16:28Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi 
- 
                     Maraq dünyası15:56 Maraq dünyası15:56Sevgi qapılarınızı döyür - Noyabrda eşqi tapacaq 4 BÜRC 
- 
                     Sosial14:19 Sosial14:19Saxlanılan icra başçısının köməkçisi danışdı 






 
        
    





.jpg)


.jpg)
.jpg)














.jpg)





.jpg)