Sosial
"Sushi Club"da ciddi nöqsanlar aşkarlandı - BAĞLANDI
.jpg?v1761954173) 
                                    
                                    
                                    
                                Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 16/18 ünvanında yerləşən, fiziki şəxs Tural Şakir oğlu İsmayılova məxsus "Sushi Club" ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Belə ki, ictimai iaşə müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, suşi rolların hazırlanmasında istifadə edilən çiy balığın müşayiətedici sənədlərinin olmadığı, emal prosesində istifadə olunan yarımfabrikatların üzərində hazırlanma tarixinin qeyd edilmədiyi, xammalların saxlama temperaturuna əməl olunmadığı, texnoloji prosesin ardıcıllığının pozulduğu, işçilərin dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəssisədə emal olunan suşi rollardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
.jpg) 
                                                                                                                                    .jpg) 
                                                                                                                                    .jpg) 
                                                                                                                            - 
                     Dünya02:43 Dünya02:43Qoşunlar hazır vəziyyətə gətirildi - Hücum başlayır? 
- 
                     İdman02:19 İdman02:19Yamal Pikeyə belə acıq verdi 
- 
                     Region00:15 Region00:15İstanbulda partlayış oldu - Xəsarət alanlar var 
- 
                     ABŞ31 Oktyabr 21:59 ABŞ31 Oktyabr 21:59Pentaqon təsdiqlədi - Ukraynaya "Tomahawk" raketləri göndəriləcək 
- 
                     Magazin231 Oktyabr 19:35 Magazin231 Oktyabr 19:35Türkiyəli məşhur müğənni infarkt keçirdi 
- 
                     Kriminal31 Oktyabr 19:03 Kriminal31 Oktyabr 19:03Sabiq icra başçısı həbs olundu - Bu cinayətlərdə ittiham olunur 
- 
                     Sosial31 Oktyabr 18:53 Sosial31 Oktyabr 18:53Vüqar Məmmədov həbs edildi 
- 
                     Nida Xəbər 31 Oktyabr 17:45 Nida Xəbər 31 Oktyabr 17:45Zakir Həsənova medal verildi 






 
        
    





.jpg)


















.jpg)





.jpg)