MDB
12 illik təhsil sisteminə keçilir - Texniki işlər tamamlanmaq üzrədir
Rusiya 12 illik təhsil sisteminə keçir. Bunun üçün lazım olan texniki işlər tamamlanmaq üzrədir.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Rusiya İctimai Palatasının katibinin müavini Vladislav Qrib bildirib ki, inkişaf etmiş ölkələrin əksəriyyətində 12 illik təhsil altı yaşından başlayır.
"Bizim uşaqlarımızın vəziyyəti Yaponiya, Çin və ya Avropadakılardan pis deyil. Biz bu keçidə tam hazırıq. Bu, yalnız zaman məsələsidir. Düşünürəm ki, bu ideyanı ətraflı şəkildə müzakirə etmək vacibdir", - deyə o qeyd edib.
Qrib izah edib ki, qeyri-rəsmi olaraq Rusiyada 12 illik təhsil artıq mövcuddur. Əksər uşaq bağçalarında son il məktəbə hazırlıqdır. Əvvəllər bu, "sıfır il" adlanırdı.
"Bütün ölkə vətəndaşlarının, xüsusən də kənd yerlərində yaşayanların uşaqlarını məktəbə göndərməzdən əvvəl ibtidai təhsilə yazdırmaq imkanı yoxdur. Ona görə də dərs ilinin rəsmi olaraq 12 ilə qədər uzadılması ideyası vəziyyəti yaxşılaşdıracaq", - deyə o, fikrini yekunlaşdırıb.
Adəm
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi




































