Magazin1
"Anamın başqa kişidən olan uşağına baxdım, atam isə..."
Müğənni Səidə Dadaşovanın ailə qalmaqalı davam edir.
Publika.az xəbər verir ki, sənətçi xalası Lalə Dadaşovanın onunla bağlı sözlərinə cavab verib.
"Elgizlə izlə" verilişinə zəng edən Səidə atası, mərhum Xalq artisti Rafael Dadaşovun onu
"Atamın anamın ailəsi ilə görüşməyə qoymaması yalandır. Məni öz aləmində qəbul etmir, çünki yaltaq deyiləm. Onlar istəyiblər onların dediyini icra edib, onlardan asılı olasan. Atam məni onlara yaxın buraxmayıb, məni onlardan uzaq tutub. Bilirdi ki, başıma oyun açacaqlar. İcazə vermirdi ki, onlarla ünsiyət qurum. Bəzən elə yerlər var idi ki, deyirdi, onlar oradadırsa, biz gəlmirik. Deyirdi ki, qızımı sizdən uzaq tuturam. Atamın səsini eşitmisiniz. Lalə xanım, özünüzlə məşğul ola bilmədiniz? Gedin balalarınızı küçələrdən yığın. Səidə küçələrdə ola bilməz. 15 yaşımdan filarmoniyada solist olmuşam, işləmişəm. İşləmişəm ki, anama baxım, heç kimə ağız açmasın. Deyirdim ki, ölmüşəm ki, bacıya ağız açasan? İlk maaşım 10 şirvan idi, anama dedim ki, nə istəsən sənə alacağam. Anamın başqa kişidən olan uşağına baxdım, küçədə qalmasın, adı bədnam çıxmasın deyə, atam ona soyadını verdi. Mən problem yaşadım. Çoxları elə bilirdi uşaq mənimdir. Deyirdilər, bu yaşda uşaq?".
Qeyd edək ki, Səidə Dadaşova Xalq artisti Brilliant Dadaşovanın və müğənni Lalə Dadaşovanın aktrisa olan bacısı Sədaqət Dadaşovanın qızıdır. O, isə mərhum Xalq artisti Rafael Dadaşovla ailəli olub. (Milli.Az)
-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq
-
Nida Xəbər 15:18Azərbaycanda 2 yeni institut YARADILDI - RƏSMİ
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
-
Rəsmi xronika12:20Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?



































.jpg)

