"Qarabağ" 350-ci dəfə...
Bizi izləyin

İdman

"Qarabağ" 350-ci dəfə...

Azərbaycan Premyer Liqasının 10-cı turunun “İmişli” ilə oyunu “Qarabağ” üçün yubileylə əlamətdar olub.

Publika.az PFL-ə istinadən xəbər verir ki, Ağdam klubu ölkə çempionatlarında 350-ci quruhesablı qələbəsini 2 cavabsız qolla qazanıb.

“Qarabağ” 202 dəfə evdə, 145 dəfə səfərdə, 3 dəfə neytral meydanda qol buraxmadan qalib gəlib. Ağdamlıların ilk belə qələbəsi 1992-ci il mayın 6-da “Şirvan”la ev matçına (6:0) təsadüf edib. “Qarabağ”ın quruhesablı qələbələrindən beşi cari mövsüm qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” 319, “Şamaxı” 186, “Kəpəz” 150, “Bakı” 147, “Turan” 145 görüşdə qol buraxmadan xal itirməyib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm