Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı
Bizi izləyin

Dünya

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı

Argentina hakimiyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.

Publika.az xəbər verir ki, bu barədə Argentina Prezidenti Xavyer Mileyin dəftərxanası məlumat yayıb.

Sənəddə qeyd olunub ki, hökumət SEPAH-ın terror fəaliyyəti və onun maliyyələşdirilməsi ilə əlaqəli fiziki və hüquqi şəxslərin kütləvi reyestrinə daxil edilməsi barədə göstəriş verib. Bu qərar Xarici İşlər, Milli Təhlükəsizlik, Ədliyyə Nazirlikləri və Dövlət Kəşfiyyatı arasında əlaqəli şəkildə qəbul edilib. Qərar SEPAH-ın transmilli xarakterli qanunsuz fəaliyyətini, o cümlədən Argentina ərazisindəki terror aktlarını təsdiqləyən rəsmi məlumatlara əsaslanır.

Bəyanatda vurğulanıb ki, SEPAH 1992 və 1994-cü illərdə Buenos-Ayresdə baş vermiş partlayışlarda iştirak edib.

Prezident Miley ümid edir ki, qəbul edilmiş bu qərar zərərçəkmişlərin ailələri qarşısında tarixi borcu ödəyəcək və Argentinanın mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə öhdəliklərini təsdiqləyəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm