Mareska: “Qarabağ” çox gözəl komandadır
Bizi izləyin

İdman

Mareska: “Qarabağ” çox gözəl komandadır

“Çelsi” (İngiltərə) bu gün UEFA Çempionlar Liqasının 4-cü turunda “Qarabağ”ın qonağı olub.

Publika.az xəbər vetir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçdan sonra londonluların baş məşqçisi Enzo Mareskanın mətbuat konfransı keçirilib. İtaliyalı çalışdırıcı 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib:

“Düzgün başladıq, qol vurduq. Daha sonra iki qol buraxdıq. Ona görə də müəyyən dəyişikliklərə getdik. Oyunun gedişi bunu labüd etdi. Bizdə çoxlu oyunçular var. Ona görə də bəzi futbolçuları dincəltmək istədik. Bildiyiniz kimi, təqvimimiz çox sıxdır. Ona görə də rotasiyalar etmək istədik.

Düşünürəm ki, oyunçuların sağlamlığı qaydasındadır. Dəyişliklikləri etməkdə istəyimiz o idi ki, qələbə qazanaq. İkinci hissədə daha yaxşı oynadıq.

Əvvəldən də demişdim, “Qarabağ” çox gözəl komandadır. İki oyunda qələbə qazanmışdılar. “Atletik”lə matçda da yaxşı çıxış etmişdilər. Bu gün çox çətin gecə oldu”.

“Çelsi” hazırda 7 xalla Çempionlar Liqasının turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm