İdman
Rəhbərlikdən jest: "Qarabağ"lılar "Çelsi" ilə oyuna görə bu qədər mükafat alacaqlar
"Qarabağ" rəhbərliyi Çempionlar Liqasının 4-cü turunda "Çelsi" ilə 2:2 hesablı heç-heçə edən komandanı mükafatlandırıb.
Publika.az xəbər verir ki, əvvəlcədən futbolçulara yüksək ödəniş vəd edən Ağdam klubunun rəhbərliyi sözünü artıqlaması ilə tutub.
Qələbə halında futbolçulara 120 min manat, heç-heçə olacağıq təqdirdə 65-70 min manat civarında mükafat vəd edən rəhbərlik ötən gecə sərgilənən oyundan olduqca razı qalıb. London klubu ilə heç-beçə qələbəyə bərabər tutulub. Futbotçuların döyüşkənliyi, qələbə üçün mübarizə aparmaları və bu oyunun dünyada böyük marağa səbəb olması "Qarabağ"ın bosslarını razı salıb.
Nəticədə heç-heçə üçün nəzərdə tutulan mükafat artırılıb. Azərbaycan çempionunun üzvləri "Çelsi" ilə oyuna görə 80-90 min manat arası mükafat alacaqlar.
Qeyd edək ki, cari mövsümdə ÇL-də 2 qələbə qazanan Ağdam təmsilçisi "Benfika" zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib. "Kopenhagen" qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb.
Heybət
-
Kriminal13:52“Tərtər işi”ndə təqsirləndirilən generalla bağlı qərar verildi
-
Region12:53Azərbaycandan gedən ilk qatar Ermənistana daxil oldu - FOTO
-
İdman12:34Rəhbərlikdən jest: "Qarabağ"lılar "Çelsi" ilə oyuna görə bu qədər mükafat alacaqlar
-
İdman12:12Mahsun Kırmızıgül “Qarabağ”dan yazdı - FOTOFAKT
-
Ekologiya12:06Əhaliyə xəbərdarlıq edildi: Sabah başlayır
-
İdman11:53“Qarabağ” - “Çelsi” oyunundakı insidentin VİDEOSU - EKSKLÜZİV
-
Sosial11:22Bu xidmətlərdən istifadə edənlər də ƏDV ala biləcək
-
Sosial11:19Yük avtomobilləri ƏDV-dən azad olunur







.jpg)




.png)























