İdman
"Barsa"nın futbolçusunun sevgilisi hamilədir: Bəs toy nə vaxt olacaq? - FOTOLAR
"Barselona"nın müdafiəçisi Andreas Kristensen ötən mövsümün böyük hissəsini zədələr səbəbindən buraxıb. Publika.az xəbər verir ki, danimarkalı futbolçu La Liqada cəmi 5 oyunda meydana çıxıb, amma “Barsa” həmin görüşlərin hamısında qələbə qazanıb.
Publika.az xəbər verir ki, futbolçu nəhayət ki, tam bərpa olub və 2025/26 mövsümündə artıq ötən ildəkindən daha çox oynayıb. Bundan əlavə, Kristensen tezliklə ikinci dəfə ata olacaq. Onun sevgilisi Katrin Fris ilə tanış olaq.

Katrin Foqt Fris 1997-ci il iyunun 13-də anadan olub. O, 28 yaşındadır və Danimarka millisinin müdafiəçisindən bir yaş kiçikdir. Fris peşəkar bikini modelidir. O, bir çox məşhur qadın geyim və çimərlik markalarının reklam kampaniyalarında iştirak edib, lakin son illərdə təkliflərə daha seçici yanaşır. Onun “Instagram” hesabında 107 min izləyici var, lakin bikini fotoları demək olar ki, qalmayıb. Yalnız köhnə paylaşımlarda tapmaq mümkündür.

Cütlük 2016-cı ildən birlikdədir. Həmin vaxt Kristensen artıq “Çelsi”yə məxsus idi, amma icarə əsasında “Borussiya Münhenqladbax”da çıxış edirdi. 2017-ci ildə onlar birlikdə Londona köçdülər, Katrin isə “Stemford Bric” tribunasında tez-tez görünməyə başladı. İndi o, “Barselona”nın ev oyunlarında da Kristenseni dəstəkləyir, adətən Frenki de Yonqun həyat yoldaşı Mikki ilə birgə olur.

2023-cü ilin dekabrında cütlüyün ilk övladı, Medison adlı oğlu dünyaya gəlib. İndi isə Katrin ikinci uşağa hamilədir. Son fotolarda bu, artıq aydın görünür.
Qeyd edək ki, Andreas və Katrin hələ rəsmi nikaha girməyiblər. Lakin 2023-cü ilin iyulunda Fris barmağında üzük olan foto paylaşaraq futbolçunun təklifini qəbul etdiyini göstərib. Deməli, toy uzaqda deyil.






-
İdman13:38MY-nin ulduzunun 17 yaşından birlikdə olduğu gözəl: Hətta üzüyü yerə saldı - FOTOLAR
-
Sosial12:42Pensiya alanların nəzərinə!
-
Sosial11:55Qabil Məmmədov öldürülüb? - VİDEO
-
İdman11:42"Barsa"nın futbolçusunun sevgilisi hamilədir: Bəs toy nə vaxt olacaq? - FOTOLAR
-
Sosial11:14Ruslar Yeni il tətili üçün bu ölkələrə üz tuturlar: Azərbaycan yoxdur
-
MDB11:00Rusiyanın “sibirləşdirilməsi” qaçılmazdır: Detallar açıqlandı
-
Sosial10:24DYP sürücülərə müraciət etdi
-
Magazin109:54Aparıcı Zaur müflis oldu: "Dost dediyim insana güvənmişdim" - FOTO






































