İdman
MY-nin ulduzunun 17 yaşından birlikdə olduğu gözəl: Hətta üzüyü yerə saldı - FOTOLAR
"Mançester Yunayted" Premyer Liqada uğurlu seriyasını davam etdirir. Komanda son dörd oyunda üç qələbə qazanıb və bir heç-heçə əldə edib. Bu görüşlərdə kapitan Bruno Fernandeş iki qol ötürməsi ilə fərqlənib. Portuqaliyalı futbolçu həmçinin “Bernli”yə (3:2) və “Çelsi”yə (2:1) qarşı qələbələrdə qolla yadda qalıb.
Komandanın kapitanına ən çox dəstək olan şəxs həyat yoldaşı Ana Pinyo hesab olunur. Ana 19 aprel 1995-ci ildə Portunun Böyük Meya şəhərində doğulub. O, Fernandeşdən bir yaş kiçikdir və təsadüfən onunla eyni şəhərdə böyüyüb.

Ananın Lissabonda interyer dizaynı studiyası var, lakin o, layihələri əsasən məsafədən idarə edir, çünki Portuqaliyada nadir hallarda olur.
Bruno və Ananın tanışlıq hekayəsi müasir dövr üçün qeyri-adi sayılır. Onlar 2004-cü ildə, Fernandeş “Boavişta” futbol məktəbində məşqlərə başladığı və həmin bölgədə məktəbə getdiyi vaxt tanış olublar. Romantik münasibət isə 2011-ci ildə, Brunu cəmi 17 yaşında olarkən başlayıb.

Ana onun futbol karyerasının bütün mərhələlərinin şahidi olub. İtaliyanın “Novara” klubundakı debütündən tutmuş “Sampdoriya” və “Udineze”dəki çıxışlarına, “Sportinq”lə qazandığı ilk titullara, “Old Trafford”da kapitanlığa və Portuqaliya yığması ilə dünya və Avropa çempionatlarındakı çıxışına qədər.
Cütlük 2015-ci ildə 350 nəfərin iştirak etdiyi toy mərasimi ilə ailə həyatı qurub. “Təklifi onun ailəsinin gözü önündə etdim. Həyəcanlı idim, amma o, məndən də çox həyəcanlandı, hətta üzüyü yerə saldı!” – deyə Bruno xatırlayır.

“10 il keçdi və kim düşünərdi ki, biz bu qədər irəli gedəcəyik, bütün çətinlikləri birlikdə aşacağıq! 10 il macəralarla, sevgi, ünsiyyət və əlbəttə, bəzən gurultulu mübahisələrlə dolu!” – Ana münasibətlərinin ildönümündə yazmışdı.
2017-ci ilin yanvarında onların ilk övladı, Matilda adlı qızları dünyaya gəlib. Həmin vaxt Bruno hələ “Sampdoriya”da oynayırdı. 2020-ci ilin əvvəlində isə artıq “Sportinq”in lideri olarkən ikinci dəfə ata olub.








-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -




































